sehiyye.info

Kardioloqların təyin etdiyi bu dərman zərərlidirmi?

Kardioloqların təyin etdiyi bu dərman zərərlidirmi?
Kardioloqların çox təyin etdiyi bu dərmanlar təhlükədirmi?

Xolesterini salmaq üçün ürək-damar xəstələrinə çox təyin edilər, kardioloqların sevimli dərmanı statinlərin orqanizmə ziyanları barədə illərdir müzakirə gedir.
Sehiyye.info medicina.az-a istinadən bildirir ki, bir çox elmi araşdırmalar statinlərin hər orqanizmə düşərli olmadığını və risk daşıdığını sübut edib.

Lakin European Heart Journal-da dərc olunan son elmi məruzədə beynəlxalq qrup statinlərin ürəyə faydasının riskindən dəfələrlə çox olduğunu açıqlayıb.

Statistikaya əsasən, hər ikinci statin qəbul edən xəstə risklər barədə eşidib özü həkimə demədən ya dərmanı dayandırır, ya da qorxusundan dozanı azaldır. Bu da əlavə təsirləri artırır və ya xəstəyə faydalı olmur. Xəstələrdə qorxudan bəzi əzələ ağrıları baş verir.
Alimlər statinlərin əks təsirləri barədə 176 elmi araşdırmanın meta analizini aparıblar.

Bu araşdırmalar dünya üzrə statin qəbul edən 4 milyon insanı əhatə edib.



REKLAM