sehiyye.info

The Guardian: COVID-in növbəti ştammı daha çox insanı öldürə bilər

The Guardian: COVID-in növbəti ştammı daha çox insanı öldürə bilər
ABŞ-ın bir çox ştatları və Avropa ölkələri koronavirusla bağlı məhdudiyyətləri tamamilə ləğv etməsələr də, yumşaldırlar. Bununla belə, ÜST pandemiyanın hələ bitmədiyi barədə xəbərdarlıq edir və elm adamları “omikron”dan sonra gələcək yeni ştammın sələfindən daha çox zərər verə biləcəyini istisna etmirlər.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,aparıcı Britaniya alimləri xəbərdarlıq edir:
"COVID-19-un gələcək variantı Omicron-dan daha təhlükəli və daha çox ölüm və ciddi xəstəliklərlə nəticələnə bilər."
Onlar hesab edirlər ki, ən son COVID məhdudiyyətlərinin aradan qaldırılmasında ehtiyatlı olmaq lazımdır və hökumətdən bütün qadağalara son qoymaq qərarına dəstək üçün əsaslandırma təqdim etməyi tələb edirlər.



REKLAM