İnsanlar xəstəliyin ciddiliyini qəbul etmir... - İnfeksionist
Bəzən insanlar koronavirusun əlamətləri yüngül olduğundan xəstəliyin ciddiliyini qəbul etmirlər. Bu səbəbdən mövsümi alovlanma tendensiyasını müşahidə edirik.
Sehiyye.info xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, Omikron ştammında yoluxuculuq qabiliyyəti yüksək olduğundan ailə üzvlərinin əksəriyyəti xəstələnir:
"İnsanlar hesab edirlər ki, koronavirusa yoluxmayıblar. Əgər Delta ştammında yoluxuculuq az idisə, Omikron ştammında vəziyyət fərqlidir. Yəni ailə üzvləri özlərini tam qorumurlar. Əgər ailədə bir nəfər xəstəliyi evə gətirirsə və hamı xəstələnirsə, deməli, infeksiya eynidir”.//axar.az