Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi arasında səlahiyyət davası gedir… - Arada isə insanlar ölür və dövlətə inam sarsılır…
Səhiyyə nazirliyi, TƏBİB, Tibbi Sığorta Agentliyi ləğv olunsun və vahid qurum yaransın…
Rayonlardakı tibb müəssisələrini birləşdirib Tibb Mərkəzi yaratmaqda məqsəd nədir ?
Bəlkə, yığılan pulları, rüşvəti bir əldə cəmləmək..?
Nə qədər yazmaq, nə qədər demək olar ki, dünya müxtəlif pandemiyalar ilə üz-üzə qalıb. Korona gedir, omikron gəlir...və bu fəlakətin nə qədər davam edəcəyi bəlli deyil.
Amma Azərbaycanda vəziyyət dözülməzdir.
Ölkədə koronavirus pandemiyası bütün kəskinliyi ilə davam edir. Hər gün onlarla adam bu virusdan ölür.
Təkcə bu gün minlərlə insanın koronavirusa yoluxması ilə bağlı xəbər yayılıb.
Hər gün mediada, sosial şəbəkələrdə virusa yoluxan insanların saysız-hesabsız şikayətləri ilə tanış oluruq: xəstəxanalarda yer yoxdur, təcili yardımlar ya zənglərə cavab vermir, ya da çağırışlara çox gec reaksiya verirlər, testlərin qiyməti çox bahadır, apteklərdə dərmanlar tapılmır, saxta dərmanlar isə od qiymətinə satılır, sadə və aztəminatlı vətəndaşlar virusla mübarizədə taleyin ümidinə buraxılıb.
Bir sözlə, Azərbaycan vətəndaşı bu boyda fəlakət ilə üz-üzə qalıb. Apteklərdə qiymətlər ceyran belinə qalxıb.
Bizdə isə son bir ildə ancaq səhiyyə naziri olmaq uğrunda dava gedib.
Bütün bunlar azmış kimi, səhiyyə nazirliyinin, TƏBİB-in, Dövlət İcbari Tibbi Sığorta Agentliyinin başı tender oyunlarına, dərman maxinasiyalarına, biznes maraqlarına qarışıb.
Bunlar da azmış kimi Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Sığorta Agentliyi arasında konflikt və səlahiyyət davası gedir.
İnsanlar bilmir ki, öz problemləri ilə bağlı hansı quruma müraciət etsinlər:
Səhiyyə Nazirliyinə, yoxsa TƏBİBƏ..?
TƏBİB-ə, yoxsa İcbari Tibbi Sığortaya ?
Bu sözün həqiqi mənasında rüsvayçılıqdır. Bir ölkədə səhiyyə ilə bağlı neçə qurum olar axı..
Xəstə adicə ömürlük dövlət təminatında olan dərmanı almaq üçün aylarla Səhiyyə nazirliyinin, TƏBİB-in, İcbari Tibbi Sığortanın arasında qalır. Hər bir qurum da xəstəni digər qurumun üzərinə yönəldir …
Bəlkə, bu qurumların üçünü də ləğv etmək, vahid sağlam qurum yaratmaq lazımdır.
Bütün bunlar da azmış kimi indi də təzə problem çıxıb.
Belə ki, indi də rayonlardakı tibb müəssisələrini birləşdirib Tibb Mərkəzləri yaradırlar.
Axı, hər rayonda müxtəlif profilli xəstəxanalar var. Bunları necə birləşdirmək olar ?
Bunu nə məqsədlə edirlər ?
Bəlkə, alınan rüşvəti, yığılan pulları əldə cəmləmək üçün?
İndicə Gündəlik-Bakının redaksiyasında TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının imzladığı QƏRARa baxırıq.
Qərardan bəlli olur ki, Nizami rayonunda fəaliyyət göstərən Azərsutikinti xəstəxanası, 11 nömrəli Birləşmiş Şəhər xəstəxanası, 1 nömrəli Uşaq yoluxucu Xəstəliklər Xəstəxanası və 7 nömrəli Doğum evi “Nizami Tibb Mərkəzi”n də birləşdirilir və Yarıyev Nurməmməd Yarməmməd oğlu mərkəzə rəhbər təyin edilir.
Birincisi, Doğum Evi hara, Tikinti xəstəxanası hara ?
İkincisi, ginekologiya ilə əlaqəsi olmayan Nurməmməd doğum evinə necə nəzarət edəcək?
Görək, təzə müdir Nurməmməd kimdir ki, bu qədər xəstəxanaya rəhbər təyin olunub ?
Bu adam neçə il Bakı Baş Səhiyyə İdarəsində (BBSİ) “revizor”- müfəttiş işləyib sonra hansısa əməlinə görə qovulub. Sonra isə 11 saylı Birləşmiş şəhər xəstəxanasının Baş həkimi olub. Bu adamdan şikayətlər bitib-tükınmək bilmir. İndi Nurməmməd 4 böyük xəstəxanaya necə nəzarət edəcək ?
Görəsən TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bilmir ki, Nurməmməd Yarıyev kimisinə belə bir məsuliyyətli vəzifəni tapşırmaq olmaz ?
Ən maraqlısı odur ki, görəsən Vüqar Qurbanov özü məsuliyyətin nə olduğunu anlayırmı ?
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in sədri Ramin Bayramlı öz vəzifəsi ilə vidalaşdı. Və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev həmin vəzifəni icra etməyi müvəqqəti olaraq Vüqar Qurbanova həvalə etdi. Yəni, müvəqqəti icra etməyə.
Görək bu adam kimdir ?
Vüqar Qurbanov hazırda da Tibbi Sığorta Dövlət Agentliyində Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini icra edir.
Axı, bir adam neçə vəzifəni apara bilər ?
Bu adam həm TƏBİB-in sədri vəzifəsini icra edir, həm də Dövlət Agentliyində Departament rəhbəridir.
Cənab Zaur Əliyev, bu necə olur ?
Sonda bir daha qeyd edirik ki, bütün bu oyunların səbəbi yığılan pulları və rüşvəti bir əldə cəmləməkdir.
Aydın oldumu, cənab Zaur Əliyev və Vüqar Qurbanov.
P.S Cənab Prezidentimiz İlham Əliyev bu işlər üçün milyonlarla dövlət vəsaiti ayırır, hanı nəticə.....
//gundelik bakı