TƏLƏBƏLƏR XƏSTƏ UŞAQLARI SEVİNDİRDİ
ATU-nun II müalicə profilaktika fakültəsinin tələbələri Milli Onkologiya Mərkəzində yatan uşaqlar üçün xeyriyyə aksiyası təşkil ediblər.
Fakültənin 3-4-cü kursunun tələbələri uşaqları ziyarət ediblər, onlar üçün klounun iştirakı ilə əyləncəli tamaşa nümayiş etdiriblər. Sağlıq durumuna görə tamaşanı izləyə bilməyən uşaqların palatası ayrıca ziyarət olunub. Xəstə uşaqlara müxtəlif hədiyyələr, rəngarəng oyuncaqlar, rəngli kitab və qələmlər təqdim olunub. Tələbələr balacaların maraqlı və əylənləcəli vaxt keçirməsinə yardımçı olublar.
Ziyarətdə tələbələrlə yanaşı, ATU-nun II müalicə profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirova da iştirak edib. ATU təmsilçiləri aksiyanın keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Uşaq Onkoloji Mərkəzin rəhbərliyinə və xüsusilə şöbə müdirinə,baş tibb bacısına təşəkkür ediblər.