sehiyye.info

“İnsan orqanlarını sata və ya hədiyyə verə bilər” - Hacı Surxay

“İnsan orqanlarını sata və ya hədiyyə verə bilər” - Hacı Surxay
2022-ci ilin yanvarın 1-dən Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib. Bu isə mövzunun sosial şəbəkələrin Azərbacyan seqməntində geniş müzakirəsinə səbəb olub.

Yeni qanunu dəstəkləyənlərlə yanaşı, buna qarşı olanlar da var. Bəzi şəxslər hesab edir ki, yeni qanun dinimizin göstərişləri ilə uzlaşmır. Maraqlıdır, bu arqument nə dərəcədə doğrudur? İslam dini insan orqan və toxumalarının donorluğu və transplantasiyasına qarşıdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, hacı Surxay Məmmədli insan orqan və toxumalarının donorluğu və transplantasiyasının islam dinində qadağan olmadığını bildirib:

"Bu məsələdə əsas olan şəxsin rizasının olması və onun səhhətinə bu və ya başqa formada təhlükə törənməməsidir. Müqəddəs kitabımız Quranı-Kərimdə buyrulub ki, bir insana həyat vermək bəşəriyyətə həyat vermək kimidir. Bir insanı öldürmək isə yenə bəşəriyyəti öldürmək kim bir şeydir. İnsan həyatını xilas etmək üçün atılan heç bir addım islamda qadağan deyil. Şəxs öz orqan və toxumalarını sata və ya hədiyyə olaraq başqasına verə bilər”.
“İnsan orqanlarını sata və ya hədiyyə verə bilər” - Hacı Surxay



REKLAM