sehiyye.info

İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki. Qədim resept

İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki. Qədim resept
Bu içki qədim Çin və Hindistanın təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunurdu.

İçkinin tərkibi çox sadədir - limon və sarıkök. Limonlu-sarıköklü içkinin bir çox faydalı xüsusiyyətləri var.


- soyuqdəymə və qripp xəstəlikləri zamanı sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir

- orqanizmdə iltihabları azaldır

- orqanizmə xərçəng əleyhinə təsir edir

- nəfəsalma orqanların sağlamlığı üçün faydalıdır

- orqanizmi ziyanlı maddələrdən təmizləyir

- orqanizmin tonusunu qaldırır

- əzələ ağrılarını azaldır

- böyrəklərin sağlamlığı üçün faydalıdır

- orqanizmi cavanlaşdırır.

İçkini hazırlamaq üçün 250 ml ilıq su, 1/3 ç.q. sarıkök və yarım limonun şirəsi götürülür. Sarıkök və limon şirəsi suya əlavə olunur, yaxşı qarışdırılır. 1 ç.q. bal əlavə edə bilərsiniz.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı (qaraciyər, öd kisəsi xəstəlikləri və s.) bu içkinin qəbul etməyi tövsiyə edilmir. //sağlamheyat



REKLAM