sehiyye.info

Məşhur ürək cərrahı ömrü 7-8 il artırmağın yollarından danışdı

Məşhur ürək cərrahı ömrü 7-8 il artırmağın yollarından danışdı
Həftədə bir-iki saat gəzən insanlar oturaq həyat tərzi keçirənlərdən 6-8 il daha çox yaşayırlar.

Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bakulev adına Milli Tibbi Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya danışıb.

Alim “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, həftədə iki saat yeriyən insan oturaq həyat tərzi keçirən insandan 6-8 il daha çox yaşayır: "Amerikalıların on milyonlarla insan üzərində apardıqları araşdırmalar göstərib ki, həftədə iki saat yeriyən insan oturaq həyat tərzi keçirən insandan 6-8 il daha çox yaşayır. Bir otaqlı mənzildə yaşasanız belə, gəzin, ayaqlarınızı hərəkət etdirin, bu, artıq fiziki fəaliyyətdir.

Onun sözlərinə görə, belə bir nümunə çox ibrətamizdir. Mütəxəssisin qeyd etdiyi kimi, hətta pandemiya ilə bağlı özünütəcrid də heç bir şəkildə sağlam həyat tərzinin qorunmasına mane ola bilməz. İlk növbədə, bu, düzgün qidalanma və alkoqoldan imtina, eləcə də fiziki fəaliyyətdir. Çox effektivdir, hətta pandemiya belə sağlam həyat tərzi sürməyinizə mane olmamalıdır” , - akademik qeyd edib.

Kişilərdə ürək-damar xəstəliklərinin yaranma səbəblərinə toxuna L.Bokeriya qeyd edib ki, qadın orqanizmi böyük fizioloji stressə hazırdır.

“Qadın bədəni daha yaxşı balanslaşdırılıb. Qadınların hormonal sistemi ilkin olaraq onların doğmaq xüsusiyyətlərinə görə hazırlanır, odur ki, onlaırn ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmə ehtimalı azdır” , - alim bildirib.

Məşhur hesab edir ki, insanlar 100 il yaşamalıdırlar. Mütəxəs qeyd edib ki, müxtəlif məlumatlara görə, bəzi insanlar 180-ə qədər yaşayıblar, lakin burada dəqiq bir şey söyləmək mümkün deyil: bu insanların doğulduqları tarixin dəqiq olmaması ehtimalı yüksəkdir. //publika



REKLAM