Burun tutulması və müalicəsi.
Burun tutulması çox narahatedici bir hal olub müxtəlif səbəblərdən yaranır:
1) Burnu iki hissəyə ayıran “septum” adlanan çəpərin sağa və ya sola əyilməsi
2) Burun tavanının anadangəlmə darlığı
3) Allergik rinit
4) Sinusit
5) Polip
7) Hormonal pozğunluqlar və s.
Bu zaman burnun selikli qişasında yaranan şişkinlik, ödem, selik ifrazının artması burun tutulmasına səbəb olur. Allergik xəstəliklər zamanı burunda selik axmadan da tutulma baş verə bilir. Bu selikli qişanın şişkinləşməsi nəticəsində olur. Hormonal pozğunluqlar da burun “ətlərinin” şişməsinə və tutulmasına səbəb olur. Hamiləlik zamanı bu hal tez-tez baş verir.
Burun tutulması uzun müddət davam etdikdə göstərilən halların əmələ gəlməsinə səbəb olur:
Daim ağızdan nəfəs alındığı üçün boğaz infeksiyaları
Yuxu rejiminin pozulması
Xoruldama
Səhər yuxudan yorğun oyanma
Xroniki yorğunluq sindromu
Ağız quruluğu
Səsin dəyişməsi
Baş ağrısı
Uşaqlarda gecə yerini islatma halları
İştahasızlıq.
Burun tutulması astma və miqrenxəstəliklərinin kəskinləşməsinə səbəb olur. Ona görə də bu problemə ciddi yanaşılmalı və tez müalicə edilməlidir. Çəpər əyriliyi və digər daralmalar varsa, cərrahi əməliyyat olunmalı, digər hallarda isə dərman yaxud alternativ üsullarla müalicəsi aparılmalıdır.
//herbaflora