Qadınlar tez aşiq olur və kişi üçün hər şeyə hazır olur, ona görə də onlar həmişəlik...
Misiri ziyarət edən rusiyalı qadın yerli sakinlərin rus qadınlarına olan sevgisinin səbəblərini aydınlaşdırıb
Turist qadın öyrənib ki, bir çox misirlilər rusiyalı qadınlarını baxımlı zahiri görünüşünə görə sevirlər.
Sehiyye.info moderator.az-a istinadla xəbər verir ki,Misirdə ziyarətdə olan rusiyalı turist qadın istirahət zamanı yerli sakinlə tanış olub və onun həmvətənlərinin qadınlara münasibətini öyrənib. Bu barədə o, "Yandeks.Dzen" platformasındakı şəxsi bloqunda danışıb.
Qız öyrənib ki, bir çox misirlilər rus qadınlarını baxımlı zahiri görünüşünə və açıq-saçıq geyiminə görə sevirlər. "Ərəblər bunu heç yuxuda görə bilməzlər. Yalnız rus qızları belə geyinir və bu, yerli kişilərin xoşuna gəlir",- o, qeyd edib.
Digər bir səbəb rusiyalı turist qadınların güllərə olan sevgisidir. Səyahətçi qadının deməsinə görə, bu səbəbdən Misirdə çoxlu gül salonları açılıb, florist peşəsi isə çox populyarlaşıb.
Kişi həmçinin etiraf edib ki, rusiyalı qadınların sədaqətli olması yerli kişilərin xoşlarına gəlir.
"Qadınlar tez aşiq olur və kişi üçün hər şeyə hazırdır. Ona görə də onlar həmişəlik Misirə, ərinin yanına, səhraya, əlverişsiz şəraitə köçməkdən çəkinmirlər",-o, belə deyib.
Bundan əlavə, müəllifin tanışı rusiyalı qadınların dadlı yeməklər bişirmək qabiliyyətini, habelə onların tərəf-müqabilinin zahiri görkəminə olan tələbkarlığını qeyd edib.
"Rus qadınları ilə görüşən yerli kişilər özlərini sanki göyün yeddinci qatında hiss edir",-misirli belə deyib.
Bundan əvvəl dekabr ayında rusiyalı turist Fransadan olan qadın təqaüdçülərlə tanış olub və onların Rusiya haqqında söhbətlərini dinləyib. Qız öyrənib ki, yaşlı avropalı qadınlar rus kişilərinə evdə hər şeyi öz əlləri ilə etmək qabiliyyətinə görə tərifləməyə meyllidir. Fransız qadınları həmçinin qeyd ediblər ki, rusiyalılar demək olar ki, su içmir, bununə əvəzinə susuzluqlarını şirə və ya çayla söndürürlər.