Az ağır xəsarət alan hərbçilərə ödəniləcək sığorta məbləği məlum oldu
Gələn il yanvarın 1-dən sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi veriləcək.
Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyən ediləcək.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödəniləcək.