sehiyye.info

Sosis yemək xərçəng yaradır?

Sosis yemək xərçəng yaradır?
Birləşmiş Krallığın Qlazqo Universitetinin əməkdaşları başda professor Cill Pell olmaqla yeni layihələrinin kifayət qədər maraq doğuran nəticəsini "Avropa xərçəng jurnalında” dərc ediblər.

Sehiyye.info Medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb və həftəyə 2 və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut edib. 260 min xəstə qadının xəstəlik tarixçəsini təhlil edən qrup şok faktlar üzə çıxarıb.

Sübut olunub ki, gündəlik 10-15 qramdan artıq işlənmiş ət məhsulu yeyən qadının süd vəzi xərçəngi olma riski 20-30% artır. Bir sözlə, bu miqdar 2 sosiskaya bərabərdir. Eyni zamanda təbii qırmızı ətlə süd vəzi xərçəngi arasında hər hansı bağlılıq tapılmayıb.

Sənaye cəhətdən işlənmiş ət dedikdə bura kolbasa, sosis, vetçina, salyami, konservlər daxildir - bir sözlə supermarketdə qoxusu və dadı ilə ağızları sulandıran ət məhsulları.

Xatırladaq ki, hələ 2015-ci ildə Dünya Səhiyyə Təşkilatı termiki işlənmiş ət məhsullarını kolorekrotal xərçəngin inkişafına səbəb olan kanserogen qrupuna daxil etmişdi.



REKLAM