sehiyye.info

Sahibsiz itlərlə bağlı daha bir PROBLEM

Sahibsiz itlərlə bağlı daha bir PROBLEM
Bakının Əhmədli qəsəbəsi və Binəqədi raonu ərazisində xeyli it sürüsü peyda olub.Əhmədli metrostansiyası yaxınlığında itlərin səsindən gecə yata bilmədiklərini söyləyə sakinlər narazılıqlarını bildirib və buna qarşı tədbir görülməsini istəyirlər.Bundan başqa ərazidə yaşayış və təhsil kompleksləri olduğu üçün əhali itlərdən qorxur, panikaya düşür.
Məsələ ilə bağlı Bakı Şəhər Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi ilə əlaqə saxlanılıb.
İdarədən bildirildi ki, məsələ ilə bağlı tədbirlər görüləcək. Hazırda növbə olduğu üçün bir az gözləməli olacağıq.Problem ondadır ki,yaxınlıqda yaşayan sakinlərdən bir neçəsi heyvanların mühafizəsi və onların müdafiəsinə qalxmışlar.Ərazidən verilən məlumata görə rus millətindən olan qadınlar həmin itləri yemləyir və hər gün onlara baş çəkirlər.İtlərə bir şey olacağı təqdirdə şikaət edəcəklərini bildirirlər.



REKLAM