sehiyye.info

90 günlük PANDEMİYA QADAĞASI - Baş nazir açıqladı

90 günlük PANDEMİYA QADAĞASI - Baş nazir açıqladı
Slovakiyada pandemiya ilə əlaqədar olaraq noyabrın 25-dən etibarən 90 gün müddətinə fövqəladə rejim tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu barədə Slovakiyanın Baş nazir Eduard Heger mətbuat konfransında bildirib.

Baş nazir fövqəladə vəziyyət rejiminin noyabrın 25-i gecə yarısından cümə axşamına kimi tətbiq olunacağını vurğulayıb. O əlavə edib ki, 10 gündən sonra hökumət vəziyyətə yenidən baxacaq.

Hegerin sözlərinə görə, karantin rejimi çərçivəsində saat 5:00-dan 1:00-a qədər evdən çıxmağa qadağa qoyulacaq: “İstisna olaraq işə gedənlərə, yaxınlıqdakı ərzaq dükanlarından alış-veriş edənlərə, habelə ev heyvanlarını yaşayış yerindən 500 metrdən çox olmayan məsafədə gəzdirənlərə bu qayda şamil edilməyəcək. Ərzaq və tələbat malları, mədəniyyət müəssisələri, xidmət, idman və əyləncə kompleksləri istisna olmaqla, bütün mağazalar bağlanacaq”.

Həmçinin, restoranlar yalnız çatdırma, onlayn sifariş əsasında işləyəcək. Fabriklərdə işçilər həftəlik testdən keçiriləcək. Hələlik məktəblərdə dərslər əvvəlki qaydada davam edəcək.



REKLAM