sehiyye.info

Həqiqətən kömək edən 8 qəribə tibbi prosedur - FOTO

Həqiqətən kömək edən 8 qəribə tibbi prosedur - FOTO
İynə vurdurmaqdan qorxursunuz? Öskürək siropunun dadını bəyənmirsiniz? Ağrılı masaj düşüncəsi sizi qorxudur? Bəs dünyada daha qəribə olan, buna baxmayaraq, fəal şəkildə istifadə olunan tibbi prosedurların olduğundan xəbəriniz var?

Arılarla müalicə, yaraların sağalması üçün qarışqalardan istifadə, parazit qurdlardan müalicəvi içkilər - bütün bunlarla bağlı aşağıdakı məqalədə məlumat ala bilərsiniz:

Tırtıllardan qripə qarşı peyvənd

Çox iyrənc səslənmirmi? Əslində hər şey göründüyü qədər qorxulu deyil. “Flublok Quadrivalent” virusun özündən istifadə edilməyən yeganə qrip peyvəndidir. Bunun əvəzinə onun komponentlərinə “Spodoptera frugiperda” tırtılının hüceyrələri daxildir. Qrip virusu həşərat törəmə virusuna aşılanır və sonra qurdun hüceyrələrinə yeridilir.

O, böyüyür və inkişaf edir, nəticədə hazır bir peyvəndi yaratmaq üçün istifadə olunan bir maddəyə çevrilir. Prosesin uğurlu olması üçün “Spodoptera frugiperda” yumurtalıq hüceyrələrindən istifadə etmək lazımdır və onları yalnız tırtılın pupa mərhələsində olduğu dövrdə götürmək vacibdir. Bu, çox uzunmüddətli işdir, amma əslində bu üsul ənənəvi üsuldan dəfələrlə tez peyvənd hazırlamağa imkan verir.

Zəlilər

19-cu əsrdə bir sıra ölkələrdə zəli ilə müalicə tətbiq olunurdu, çünki qan almaqla əksər xəstəliklərdən qurtulmağın mümkün olduğunu düşünürdülər. Sonradan bu fikrin yanlış olduğu üzə çıxsa da, təsdiq olundu ki, zəlilər həqiqətən müalicəvi xüsusiyyətlərə malikdir, bunun sayəsində hətta müasir tibbdə də istifadə olunur.

Əsasən, zəlilər dəri transplantasiyasından sonra yaraların sağalmasına kömək edir, çünki transplantın altında yığılan qanı sorurlar. Zəlilər həmçinin, artritli xəstələrdə ağrıları azaldır, onların tüpürcəklərinin tərkibi tinnitusdan xilas olmağa kömək edir. Belə hallarda bir zəli xəstənin qulağına, digəri isə çənəsinə qoyulur. Nə üçün belə edildiyi və onların necə işlədiyi hələ də aydın deyil.

Ziyilləri aradan qaldırmaq üçün atəşböcəyi

Bədənin görünən hissələrində ziyillər olduqca xoşagəlməz bir haldır, buna görə insanların əksəriyyəti onlardan ən qısa müddətdə qurtulmaq üçün hər şeyi etməyə hazırdır. Atəşböcəyi böcəklərinin ifrazatlarından hazırlanan məlhəm belə, mövzu gözəllik olanda o qədər də dəhşətli görünmür. Belə böcəklərin bəzi növləri dəri ilə təmasda olanda qabarmağa səbəb olan kantaridin adlı maddə istehsal edir.

Belə bir məlhəm zədələnmiş sahəyə tətbiq olunur və üstünə bir parça sarğı qoyulur. Təxminən 5-6 saatdan sonra sarğı çıxarılır və dəri sabunla yuyulur. Nəticədə onun üzərində qabarcıqlar əmələ gəlir, ziyil isə düşür. Zamanla bütün xoşagəlməz nəticələr yox olur. Bir qayda olaraq, müasir tibbdə bu müalicə üsulundan yalnız maye azot və ya salisilik turşu ilə ziyili düşürmək nəticə vermədiyi hallarda istifadə olunur.

İpəkdən istifadə

Bir çox insanlar ipək qurdlarının imkanlarını lazımınca qiymətləndirmirlər, baxmayaraq ki, onların bəşəriyyət üçün xidmətləri danılmazdır. İnfarkt keçirmiş insanlara kömək etmək üçün istifadə edilə bilən ipək qurdlarının istehsal etdiyi ipəyin digər faydalı cəhətləri də az deyil. Hamımız bilirik ki, zərbədən sonra insanın ürəyində zədə qalır, çünki ürək əzələsinin toxumaları bərpa olunmur.

Uzun illər alimlər bu hissələri “yamamaq” üçün vasitələr axtarıblar, ancaq bütün cəhdlər uğursuzluqla nəticələnirdi. Gah immunitet sistemi yeni materialı rədd edirdi, gah da material çox kövrək olurdu. Nəhayət, hind alimləri ürək üçün ideal “toxuma” tapa bildilər. Onlar ipəkqurdlarının istehsal etdiyi ipəkdən istifadə etməyə başladılar. Siçovullar üzərində bir sıra uğurlu təcrübələr artıq aparılıb, lakin bu texnikanın insanlarda tətbiqindən danışmaq hələ ki, tezdir.

Yaraların sağalması üçün qarışqalar

Bir bədbəxt hadisə zamanı yerdə qanaxma ilə yıxılıb qalarkən xilas olmaq üçün yeganə şans yaradan axan qanın qarşısını mümkün qədər tez almaqdır. Bunun üçün tezbazar nədən istifadə etmək insanın ağlına gəlmir. İnsanlar uzun illər qarışqaların “Dorylus” növünü belə hallarda istifadə ediblər. Onlar əsasən Afrika ölkələrində yaşayırlar və iri, iti çənələri ilə tanınırlar. Bu qarışqanın dişləməsi insanlar üçün inanılmaz dərəcədə ağrılıdır, lakin bəzi hallarda həyatı xilas edə bilər.

Milçəyin sürfələri

Bir açıq yaranı tikməzdən əvvəl onun üzərini işləmək lazımdır. Bunun üçün ABŞ-da uzun müddət milçək sürfələri ilə tanınmış müalicə üsulu istifadə edilmişdir. İş ondadır ki, milçək sürfələri eyni anda bir neçə funksiyanı yerinə yetirir. Birincisi, onlar yaranın ətrafındakı bütün yoluxmuş və zədələnmiş toxumaları yeyirlər, yalnız sağlam olanları saxlayırlar. İkincisi, bu sürfələrin ifrazatları immunitet sisteminə zərərli mikroorqanizmlərlə mübarizə aparmağa kömək edir. Bu vəziyyətdə, tez-tez filmlərdə göstərildiyi kimi, sürfələrin yaranın içi ilə sürünərək burundan bir yerdən çıxacağını təsəvvür edib qorxmaq lazım deyil. Neylon və lentdən ibarət "qəfəs" onları yaranın içərisində etibarlı şəkildə saxlamağı bacarır.

Parazit qurd içkiləri

Coel Veinstok və onun həmkarları bir dəfə xroniki bağırsaq xəstəliyi olan bir xəstə ilə təcrübə keçirdilər. Təcrübə iştirakçılarından birinə bəzi alimlərin fərziyyələrinə görə, hər bir insanın orqanizmində olması lazım olan, lakin müasir gigiyena nailiyyətləri sayəsində "yoxa çıxan" qurd yumurtaları qatılmış içki içmək tapşırıldı.

Bu içkini qəbul etdikdən sonra xəstə rahatlıq hiss etdi və daha sonra təcrübənin çoxlu sayda iştirakçı ilə təkrarlanması qərara alındı. Veinstok və onun həmkarları 83 xəstəyə parazit yumurtası qatılmış içki verdilər: onlardan 54-də xoralı kolit, 29-da Kron xəstəliyi var idi. Dərmanı bir neçə həftə qəbul etdikdən sonra birinci qrup xəstələrin 47,8% -nin və ikinci qrup xəstələrin 72,4% -nin vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdı. Çox güman ki, tezliklə bu xəstəliklərə qarşı təsirli bir dərman nəhayət dünyada mövcud olacaq.

Arı ilə xərçəng müalicəsi

Uzun illərdir ki, bəşəriyyət xərçəng xəstəliyinə çarə tapmaq üçün uğursuz cəhdlər edir. Müalicə hətta zəhərli arıların dişləmələri ilə əlaqəli olsa belə, bu sahədə hər hansı bir irəliləyiş diqqətə layiqdir. Alimlər ehtimal edirlər ki, “Polybia paulista” arı növünün zəhərində tapılan “Polybia-MP1” toksini unikal xüsusiyyətlərə malikdir. Xərçəng hüceyrələrinə nüfuz edərək, yağlarla qarışır və çoxalma və metastaza səbəb olan bölgələrə təsir göstərir. Hazırda alimlər bu toksinin köməyi ilə sağalmağın mümkünlüyünü ətraflı öyrənirlər. Artıq tədqiqatın ilk nəticələri var və bu, effektiv dərmanın əldə olunmasına böyük ümidlər verir.



REKLAM