Çay və qəhvə bizi bu təhülkələrdən XİLAS EDİR - ŞOK ARAŞDIRMA
İngiltərədəki UK Biobank tərəfindən çay və qəhvə istehlakı ilə bağlı diqqətəlayiq araşdırma aparılıb.
Sehiyye.info xəbər verir ki, "Sözcü" məlumat yayıb.
Bildirilib ki, bu içkilərin insult və demans kimi xəstəliklərə qarşı təsiri araşdırılıb.
Qeyd edilib ki, 365 min 682 nəfərin iştirak etdiyi araşdırmada 2006-2020-ci illər arasında iştirakçıların məlumatları izlənilib.
Tədqiqat nəticəsində belə qənaətə gəlinib ki, gündə dörd və ya altı stəkan aralığında çay və qəhvə içən insanlarda insult və demans riski daha azdır. Göstərilən miqdarda çay və qəhvə qəbul edən insanlarda insult riskinin 32 faiz azaldığı bildirilib.
Eyni miqdarda çay və qəhvə içənlərdə içməyənlərə nisbətdə isə demans riskinin 28 faiz azaldığı vurğulanıb.//publika