Azərbaycanlı həkimdən şəkər xəstələri üçün - Möcüzə qarışım
Hil çayı, qarazirə, darçın və qatıqdan ibarət təbii qarışım ağız qurumasını, çox susama hissini aradan götürür, zaman-zaman istifadə olunduqda yüngüllük hissi verir. Bir müddət sonra qanda şəkərin normasına (artıb-azalmasına) diqqət etmək mümkün olur. Qarışım həm şəkəri aşağı salır, həm də bu xəstəliyin verdiyi ağırlaşmaları aradan qaldırır.
Sehiyye.info xəbər verir ki, həkim-fitoteraoevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb.
Şəkəri aşağı salan resept:
Lazım olanlar: 1 çay qaşığı hil, 1 çay qaşığı qarazirə, 1 çay qaşığı darçın, yarım stəkan qatıq.
Gündə 3 dəfə hər yeməkdən 1 saat sonra bitkiləri toz formada qatıqla qarışdırıb yemək olar.//milli.az