sehiyye.info

Azərbaycana yeni peyvənd gətiriləcək? - Nazir müavini

Azərbaycana yeni peyvənd gətiriləcək? - Nazir müavini
Hələ ki, Azərbaycanda dörd növ vaksin istifadə olunur və bu da kifayətdir.

Sehiyye.info məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında Azərbaycana yeni vaksin gətirilməsi ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, əhali üçün kifayət qədər növdə vaksin təqdim edilib: “Hesab edirəm ki, hələlik Azərbaycana yeni peyvəndin gətirilmnəsinə ehtiyac yoxdur”.

Qeyd edək ki, hazırda Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunur. Bunların hər biri keyfiyyətinə görə təsdiqlənmiş dünyanın ən öncül vaksinlərindən hesab olunur.//teleqraf



REKLAM