sehiyye.info

Məktəblərdə uşaqlar arasında yayılan xəstəlik nədir? — RƏSMİ AÇIQLAMA

Məktəblərdə uşaqlar arasında yayılan xəstəlik nədir? — RƏSMİ AÇIQLAMA
Məktəblərdə ənənəvi təhsilə yeni başlanılsa da, artıq koronavirusa yoluxma hallarına rast gəlinir. Paytaxtın bəzi məktəblərində koronavirusa yoluxma səbəbindən siniflər ənənvi təhsili dayandırıb. Bakı şəhəri 162 saylı məktəbin 8ç sinif şagirdləri arasında koronavirusa yoluxma səbəbindən sinif distant təhsilə keçib.

Sehiyye.info xəbər verir ki,valideynlər Sputnik Azərbaycan-a açıqlamalarında bildiriblər ki, sinifdə 40-a yaxın şagird var. Yoluxmanın sinifdə sıxlıq səbəbindən daha da artacağı təhlükəsi olduğundan, sinifdə ənənəvi dərslərin keçirilməsi bu gündən etibarən dayandırılıb. 162 saylı məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbdə yalnız 8ç sinfi üzrə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb: "Yalnız Elnarə Məmmədovanın sinif rəhbəri olduğu sinifdə koronavirusa 3 şagird yoluxub. Bu, 8ç sinfidir. Ona görə də Elnarə müəllimin sinfi distant təhsilə keçir. Digər siniflərdə isə dərslər ənənəvi qaydada davam edəcək".



REKLAM