sehiyye.info

Yastıqsız yatmağın faydaları – Kimlərə məsləhətdir?

Yastıqsız yatmağın faydaları – Kimlərə məsləhətdir?
İnsan ömrünün üçdə biri yuxuda keçir. Yuxunun keyfiyyətinə isə yatağımız və yastığımız təsir edir. Bəzi adamlar ümumiyyətlə iri, hündür yastıq istəmir, bəziləri isə əksinə bir yastıq yox, 2 yastıqda yatır.
Bir çox yoqlar, müdriklər, alimlər də yastıqsız yatmağa vərdiş ediblər.
Əslində düzgün yastıq yuxuda başın və onurğanın daha uyğun vəziyyətdə qalmasını təmin edir.
Lakin heç də həmişə hər adam düzgün yastıq seçmir, başı yastıqdan sürüşür, yastıq ya bərk, ya çox yumşaq olur və bu sağlamlığa zərərlidir.

Yastıqsız yatmağın faydaları:
- Dəridə, başda səpkilər, kəpək yaranmır. Yastıq üzü dərinin səthindən ölü hüceyrələri, kəpəyi, kosmetik vasitələrin qalıqlarını özünə hopdurur. Sonradan o, insanın üzünə yapışır və məsamələri doldurur.
- Onurğa, beldə ağrılardan qoruyur. Səhv yastıq onurğanın qamətin düzgün əyilməsinə mane olur, sinirləri sıxır, ağrılar əmələ gətirə bilər. Yastıqsız ən azı onurğa düz qalacaq.
- Boğazda, üzdə qırışlar gec yaranır
- Baş, boyun ağrısı olmur – Yumşaq sintefon yastıq başa qan dövranını azaldır, beyində oksigen dövrü az olur, nəticədə səhər baş ağrıya bilər
- Stresi azaldır. Narahat yastıq yuxunun dərinliyini pozur, bu da yatarkən belə orqanizmə stress yaşadır, ona görə insan yuxudan sanki yatmamış kimi oyanır.

Fiziki və psixi sağlamlıq üçün əgər alınırsa, yastıqsız yatmağı sınayın.//medicina.az



REKLAM