sehiyye.info

9 ay hamilə olduğunu bilməyən 11-ci sinif şagirdi - Valideynlərinin qarşısında doğdu - FOTO

9 ay hamilə olduğunu bilməyən 11-ci sinif şagirdi - Valideynlərinin qarşısında doğdu - FOTO
Böyük Britaniya sakini Aleksis Kuinin başına gələnlər hər kəsi şoka salıb. 11-ci sinif şagirdi hamiləliyini hiss etməyərək dərsə gedən ərəfədə uşaq dünyaya gətirib.

Sehiyye.info Milli.Az-a istinadən xəbər verir ki, başına gələnləri də TikTok-da yayımlayıb. Bildirib ki, ilk narahatlığı yaz tətilində olub. Məktəbli qız hamiləlik testi aparmaq qərarına gəlir. Mənfi nəticə aldıqdan sonra sakitləşir. Qarnı böyümədiyindən və qadın xəstəliyi kəsilmədiyindən hamiləlikdən şübhələnmək üçün başqa heç bir səbəbi olmayıb. Uşaq dünyaya gətirən gün isə valideynlərinə ağrılardan şikayət edir. Lakin ona yenə inanmırlar. Hamama gedib qayıdandan sonra anası onu görəndə şoka düşür. Belə ki, uşağın başı artıq çöldə idi. İndi artıq məktəbli qız oğlan anasıdır.



REKLAM