Qoz suyu içməyin inanılmaz faydaları
Qoz həm yeməklərə, həm şirniyyatlara ləzzət qatan, vitamin, minerallarla zəngin ən nəfis çərəzdir.
Onun faydasını saymaqla bitirmək olmaz.
Bəs qoz suyunun da ən azı ləpəsi qədər faydalı olduğunu bilirdiniz?
Gent.az xəbər verir ki, qoz suyunu əldə etmək olduqca asandır. Bunun üçün bir stəkan otaq temperaturunda suya bir necə qozun ləpəsini qoyun. Bir gecə (azı 7 saat) saxladıqdan sonra için.
Bəs bu şəfalı su nəyə faydalıdır?
Çəkini azaltmağa kömək edir. Proteinlə bol olduğu üçün yağ yandırılmasını sürətləndirir, xüsusilə istənməyən bölgələrdəki piyi əridir. Metobolizmanı sürətləndirir. Hər gün acqarına bir stəkan içmək məsləhətdir.
Xolesterolu tənzimləyir. Bu xüsusiyyəti sayəsində də ürək-dfamar xəstəliklərindən müdafiə edir. Fol turşusu, Omega- sayəsində infarkt riskini azaldır.
Tiroit göstəricilərini nizamlayır.
Yorğunluq, gərginlik, halsızlıq kimi problemləri həll edir.
Qan şəkərini tənzimləyir, bu sayədə özünüzü daha gümrah və enerjili hiss edirsiz.
Ağrılı mensturasiya dönəmini daha rahat keçirməyə imkan verir.
Beynin funksiyalarını gücləndirir.
Hamiləlik zamanı artıq çəki yığmağa mane olur. Süd verən analrın içən zaman isə tərkibindəki vitaminləri təbii yolla körpəyə ötürmüş olurlar.
Həzm sistemini rahatlaşdırır, qəbzliyi, qaz problemlərini aradan qaldırır.
Yuxusuzluqdan əziyyət çəkənlər üçün əvəzedilməzdir. Sakitləşdirici təsirə malikdir.
Dırnaqları və saçları gücləndirir.
Dərini yumşaldır, elastikliyini artırır, daha sağlam görüntü qazanmasına kömək edir.(istipress)