Səhiyyə Nazirliyi 60 yaşa qədər işçilər axtarır - DİQQƏT
Səhiyyə Nazirliyi təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına işə qəbul ilə bağlı elan edib.
Lent.az məlumat verir ki, qurumdan bu barədə bildirilib ki, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə r.maharramova@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.
Tələb olunan sənədlər bunlardır:
- Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır),
- Şəxsiyyət vəsiqəsi,
- Diplom,
- İnternatura vəsiqəsi,
- Sertifikat,
- Əmək kitabçası.