sehiyye.info

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət
Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 60 191 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 45 649, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 14 542 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 170 376, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.



REKLAM