sehiyye.info

Bölgələr üzrə ölüm statistikası

Bölgələr üzrə ölüm statistikası
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 37047 ölüm qeydə alınıb. Bu, 2020-ci ilin ilk yarısı ilə müqayisədə 19 faiz çoxdur.

Sehiyye.info xəbər verir ki,əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 göstərilib. Novator.az bildirir ki, bir çox bölgədə hər 1000 nəfərə ölüm səviyyəsi daha yüksək olub:

Balakən, Qax – 9,5

Şəki, Zəngilan – 9,2

Gədəbəy, Samux – 8,9

Qazax – 8,8

Bakı – 8,7

Laçın – 8,5


Daşkəsən – 8,4

Goranboy, Mingəçevir – 8,1

Tərtər – 8.

Ağstafa və Füzulidə hər 1000 nəfərə 7,9, İsmayıllı, Siyəzən və Zaqatalada 7,8, Bərdə, Göyçay, Qubadlı və Şabranda 7,7, Ağdam, Sumqayıt və Tovuzda 7,6 ölüm rəsmiləşib.

Hər 1000 nəfərə azı 7 ölümün qeydə alındığı başqa bölgələr belə sıralanır:

Gəncə, Göygöl, Naftalan, Oğuz, Yevlax – 7,4

Cəbrayıl – 7,3

Lənkəran, Şamaxı, Şuşa – 7,2

Beyləqan, Qusar – 7,1

Salyan, Şirvan şəhəri – 7.

Mənbə: pia.az



REKLAM