sehiyye.info

Azərbaycan nümayəndə heyəti Aşqabadda Dünya Səhiyyə Təşkilatının konfransında iştirak edir

Azərbaycan nümayəndə heyəti Aşqabadda Dünya Səhiyyə Təşkilatının konfransında iştirak edir
Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Dünya Səhiyyə Təşkilatının (DST) II Beynəlxalq Nazirlər Konfransında Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev və həmin mərkəzin şöbə müdiri Tofiq Musayev təmsil edir.

Sehiyye/info AZƏRTACa istinad'n xəbər verir ki, tədbirin əsas mövzusu qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizədir.

Forumda DST-nin Avropa regionunun 44 ölkəsinin nümayəndələri, qonşu ölkələrin səhiyyə sahəsinin rəhbərləri iştirak edir.

Qeyri-infeksion xəstəliklər bir sıra səbəblərdən insan orqanizmində inkişaf edir, lakin onlar yoluxucu deyil. Onlardan ən geniş yayılanları ürək-damar, xroniki respirator xəstəlikləri, xərçəng və diabetdir. Konfransın gündəliyinə türkmən mütəxəssislərin qeyri-infeksiyalı xəstəliklər üzrə risk göstəricilərinin təqdimatı və onlara qarşı qabaqlayıcı və profilaktik tədbirlərin işlənib hazırlanması daxildir. Bu işə təkcə tibb mütəxəssisləri deyil, həm də iqtisadçılar, idman və pedaqogika sahələrinin təmsilçiləri də cəlb olunub.

Tədbirdə tütün və spirtli içkilərdən istifadəyə qarşı mübarizədə əldə olunmuş milli nailiyyətlərdən də söz açılıb. DST-nin Avropa regional bürosunun məlumatına görə, Türkmənistan region ölkələri arasında tütündən ən az istifadə edən ölkədir. Bunun səbəbləri tütün əleyhinə siyasət və ölkədə böyüyən nəslin sağlam həyat tərzinə təşviq edilməsidir.

Konfransda ekologiya mövzusu, yuxarı nəfəs yolları xəstəliklərinin əsas səbəbi olan ətraf mühitin çirklənməsi məsələləri də müzakirə olunur, ekoloqların məruzələri dinlənilir.

Aprelin 9-da başlayan konfrans bu gün işini bitirəcək.



REKLAM