sehiyye.info

Çindən dəhşətli xəbər gəldi: Ölümcül virusa hazır olun

Çindən dəhşətli xəbər gəldi: Ölümcül virusa hazır olun
"”Qiyamət günü” mütasiyasının ortaya çıxması an məsələsidir”.

Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, Çin koronavirusla bağlı dəhşətli proqnoz verib.

Koronavirusun bütün dünyada can almağa davam etdiyi bir vaxtda xəstəliyin başladığı Çindən kritik xəbərdarlıq gəlib.

"Wuhan Virologiya İnstitu"ndan Shi Zhengli epidemiyanın hələ aysberqin görünən tərəfi olduğu iddiasını irəli sürüb.

İngilis mediasında yayılan xəbərlərə görə, yeni variantların ortaya çıxacağını deyən alim "qiyamət günü” mutasiyası adlanan daha ölümcül virusla qarşılaşmağımızın an məsələsi olduğunu deyib.

COVID-in mutasiyaya davam edəcəyini və dünyanın bu virusla yaşamağa öyrənməli olduğunu vurğulayan alim Zhengli peyvəndlənmənin sürətlənməsinin vacib olduğunu diqqətə çatdırıb.//azxeber



REKLAM