sehiyye.info

ÜST rəhbərindən BÖYÜK TƏHLÜKƏ ANONSU: Eroziyaya uğrayır..

ÜST rəhbərindən BÖYÜK TƏHLÜKƏ ANONSU: Eroziyaya uğrayır..
“Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”.

Sehiyye.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayında artıma səbəb sosial təmaslar, düzgün təşkil edilməyən ictimai siyasət tədbirləri və peyvəndin qeyri-bərabər paylanmasıdır.

O, koronavirusa qarşı peyvəndin 80 faidən çoxunun yüksək və orta gəlirli ölkələrin əldə etdiyini xatırladıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb.



REKLAM