Nə üçün səsimizi yüksəldirik?
Bir gün ustad öz tələbələrindən soruşdu:
– Nə üçün insanlar qovğa edərkən bir-birlərinə səslərini yüksəldirlər?
– Yəqin ki, onlar öz sakitliklərini itirirlər, – deyə tələbələrdən biri cavab verdi.
– Əgər insan yanındadırsa, səsin yüksəldilməsinə nə ehtiyac var? Axı o səni eşidir… – deyə Müəllim təkidlə soruşdu.
Tələbələr bu suala cavablarının olmadığını göstərmək üçün çiyinlərini çəkdilər. Həqiqətən də bu barədə düşünmək heç onların ağlına gəlməmişdi. Müəllim öz sualına belə cavab verir:
– İnsanlar mübahisə edən zaman onların arasındakı narazılıq qəlbləri bir-birindən uzaqlaşdırır. Qəlblərlə birlikdə ruhlar da bir-birindən aralanır. Bu uzaqlıqda bir-birlərini eşitmək üçün onlar səslərini yüksəltməyə məcbur olurlar. İnsanların küskünlükləri və qəzəbləri gücləndikcə, onlar daha yüksək səslə qışqırmağa başlayırlar. Bəs insanlar bir-birlərinə aşiq olan zaman nə baş verir? Onlar səslərini yüksəltmirlər, tam tərsinə çox yavaş danışırlar. Çünki, onların qəlbləri bir-birlərinə yaxındır və aralarındakı məsafə tamamilə yox olur. Aşiq olan insanlar sadəcə pıçıldaşırlar. Onların ünsiyyətində sözlərə ehtiyac qalmır – baxışlar hər şeyi ifadə edir.
Nəticə: Unutmayaq ki, mübahisələr insanları bir-birindən ayırır. Yüksək tonda söylənən sözlər aradakı məsafələri daha da böyüdür. İçinizdəki qəzəb duyğusunu sui-istifadə etməyin. Yoxsa, başqaları ilə aranızdakı məsafə o qədər böyüyər ki, geri qayıtmaq üçün yolları tapa bilməzsiniz.(coaching.az)