sehiyye.info

Heteroseksuallıq nədir?

Heteroseksuallıq nədir?
Bu cinsi oriyentasiya öz əsasında qarşı cinsə emosional, platonik, romantik və seksual təəşşüq daşıyır.

O adətən, nəslin davamına yönəlib, çünki heteroseksual cütlüklər adətən vaginal sekslə məşğul olurlar ki, uşaq dünyaya gətirsinlər. Bu oriyentasiya növbəti amillər sayəsində inkişaf edir:

Beyin maddəsinin strukturu

Prenatal hormonlar

Genetika

Ətraf

“Heteroseksuallıq” sözü yunan dilindən “fərqli cins” kimi tərcümə olunur. Termini isə ilk dəfə macar jurnalist Karl Mariya Kertbeni istifadə edib. Bacarıqlı yazar bu termini hələ 1868-ci ildə insanlar seksual meyillərini təsnifatlaşdırarkən istifadə edib:

Heteroseksuallıq nədir?

Heterodahilik

Monoseksuallıq (masturbasiya nəzərdə tutulur)

Homoseksuallıq

Heteroseksuallıq (başqa cinsə meyl)

Heteroseksuallığın özü də bir sıra amillərdən ibarətdir:

Heteroseksual davranış (fərqli cinslərin özlərinə xas olan davranış: kişilərin qadınlarla, qadınların isə kişilərlə sekslə məşğul olmaq istəməsi)

Heteroseksual identiklik (insan özünü heteroseksual oriyentasiyasına malik kimi qəbul edir)

Heteroseksual oriyentasiya

Qeyd etmək lazımdır ki, heteroseksual əlaqə cəmiyyətdə qınaq edilmir, çünki norma sayılır və bir çox ölkənin qanunverici bazasında qeyd edilib. Cəmiyyət daxilində ən yayqın seksual fəaliyyət sayılır.

Heteroseksualı fərqləndirən əlamətlər

Balaca yaşlarında heteroseksual olan oğlan uşaqları qızlarla ünsiyyət qurmağa çalışır, onlara diqqət yetirir, taniş olur, dostluq edir. Böyüdükcə onlar əks cinslə ünsiyyətdə olarkən utanır. Qızlar onlara diqqət yetirdikdə rəngləri ağarır, qızarır, tərləyirlər, kəkələyirər və s.

Həmçinin böyüdükcə oğlanlar diqqətlə qızların fiqurlarını gözdən keçirir, öz meyarları ilə ölçməyə başlayır. İlk növbədə oğlan qızın sinəsinə və ayaqların fikir verir.

Qızlar da oğlanların bədəninə diqqət yetirməyi xoşlayır. Oğlanların hərəkətləri, səsi, baxışları onları həyəcanlandırır.

Qız çox xoşlandığı oğlanın yanında olarkən onda növbəti reaksiyalar müşahidə olunur:

Səsi titrəyir

Beyni dumanlanır

Əllərinin içi tərləyir

Nəfəsi və ürək döyüntüsü sürətlənir.//gent.az



REKLAM