sehiyye.info

Uşaqların boyunu artıran QİDALAR

Uşaqların boyunu artıran QİDALAR
Uşaqlarda boy artımına müsbət təsir edən qidalar açıqlanıb.

Sehiyye.infonun məlumat verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib.

Həmin qidaları təqdim edirik:

"Süd və süd məhsulları - əzələ və sümüklər üçün lazım olan kalsium, proteinlə zəngindir.

Balıq və balıq məhsulları - A, D, E vitaminlərinin, həmçinin fosfor, yod və kalsiumun mənbəyidir.

Kələm - Toxumaların qurulması üçün tələb olunan çoxlu miqdarda vitamin və kalsium ilə zəngindir.

Avokado - Tərkibində böyümək üçün lazım olan vitamin və minerallar mövcuddur".//lent.az



REKLAM