sehiyye.info

Pişikləri COVID-19-a yoluxmuş sahiblərinin yataq dəstindən uzaq tutmaq lazımdır

Pişikləri COVID-19-a yoluxmuş sahiblərinin yataq dəstindən uzaq tutmaq lazımdır
Kanadalı alimlərin gəldiyi qənaətə əsasən, COVID-19-a yoluxmuş sahiblərinin yataq dəsti ilə kontakta olan pişiklərin koronavirusa yoluxmaq riski yüksəkdir.

Qeyd olunan təhqiqatın nəticələri Klinik Mikrobioloji və İnfeksion Xəstəliklər Cəmiyyətinin onlayn keçirilən konfransında təqdim edilib.

“Bir şəxs COVID-19 yoluxubsa, virusu evdə saxladığı heyvana ötürmə ehtimalı yüksəkdir. Sahibinin yataq dəsti üzərində yatan pişiklər, xüsusilə risk altındadır. Əgər COVID-19-a yoluxmusunuzsa, evdə saxladığınız heyvanı yataq otağından uzaqlaşdırın və təmasları minimuma endirməyə çalışın”, - deyə tədqiqatın həmmüəllifi və Kanadada yerləşən Quelfski Universitetinin baytarlıq patologiyasının professoru Doroti Bensle bildirib.

Tədqiqat çərçivəsində professor və həmkarları 77 ailədə yaşayan 48 ev pişiyindən və 54 itdən anticisim testləri götürüblər.

Testin nəticələrinə əsasən, ev pişiklərinin 67, itlərin isə 43 faizi pandemiya yoluxaraq sağalıb.//oxu.az



REKLAM