sehiyye.info

13 yaşlı qız dəhşət saçdı: Ögey anasını bıçaqlayaraq öldürdü

13 yaşlı qız dəhşət saçdı: Ögey anasını bıçaqlayaraq öldürdü
Türkiyənin Tekirdağ bölgəsinin Çorlu qəsəbəsində qız uşağı E. N. O. (13), mübahisə zamanı ögey anası Z.O.ı (56), qayka açarı ilə döydükdən sonra bıçaqlayaraq öldürüb.

Sehiyye.info türk mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Çorludakı 4 mərtəbəli evdə baş verib. Fabrik işçisi İ. O., gecə növbəsindən sonra səhər saatlarında evinə dönüv və yatıb. Bu gün isə səhər saat 10.00 radələrində oyanıb və həyat yoldaşı Z.O.ın otağının qapısının kilidli olduğunu fərq edib. Qapını qıran İ. O., həyat yoldaşını otaqda qanlar içində hərəkətsiz halda tapıb. İ.O.ın xəbəriylə evə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq vəzifəlilərinin müayinəsindən sonra Z.O.ın həyatını itirdiyi təyin olunub. Polis İ.O.ın qızı olan E.N.O.ın evdə olmadığından şübhələnərək dərhal axtarışa başlayıb.

Bu arada polisi axtaran bir taksi sürücüsü Çorludan götürdüyü qız uşağının özünü şübhəli apardığını bildirib. Xəbərdən sonra polis taksini İstanbul Silivri qəsəbəsində dayandıraraq, E.N.O.ı nəzarətə alıb. Təhlükəsizliyə aparılan E.N.O. polisdəki ilk ifadəsində, ögey anasıyla mübahisə etdiyini və bu səbəblə əvvəl qayka açarıyla vurduğunu, daha sonra da bıçaqlayaraq öldürdüyünü etiraf edib. Polisin hadisə ilə əlaqədar istintaqı davam edir.



REKLAM