Siqaretdən yaxa qurtarmaq üçün xüsusi içki
Amma istədikdən sonra hər şeyi bacarmaq mümkündür.
Bədən və beyin bu zəhərin varlığına o qədər alışıb ki, siqareti tərgitdikdə orqanizmdə bir sıra narahatlıqlar ortaya çıxa bilir.
Sehiyye.info siqaret tərgitmək üçün faydalı və təsirli içkinin reseptini təqdim edir:
Lazım olanlar:
1 ədəd limon
1 ədəd portağal
1 ədəd kök
1 çay qaşığı rəndələnmiş zəncəfil
15 üzüm giləsi
1 stəkan jenşen tozu
1 litr su
Hazırlanması:
Zəncəfil və limonun kəskin dadı lazımsız təsirlər üçün mükəmməl bir ikilidir. Qarışımı hazırlayarkən ilk olaraq portağal və limonun suyunu sıxın. Limonun qabığını atmayın, bir kənarda saxlayın. Kökü yuyub, doğradıqdan sonra əvvəlcədən hazırladığınız limon və portağal suyu ilə qarışdırın. Bu qarışıma jenşen tozunu, rəndələnmiş zəncəfili və üzümləri əlavə edin. Son olaraq limon qabığıyla bərabər suyunu töküb qarışdırın.(medicina.az)