14 yaşlı uşaq korona virusundan sonra diabetik oldu
İstanbulda 8-ci sinif şagirdi Mete Alp Eskalan, əvvəllər heç bir xəstəliyi olmasa da Covid-19 səbəbiylə diabetik olub.Maraqlısı budur ki,analoji hadisə heç vaxt qeydə alınmayıb.
Arasdırma.info türk mediasına istinadən xəbər verir ki, xəstəlikdən sonra qandakı yağ (lipid) nisbəti ən çox 150 civarında olmalıydı, 100 dəfə artaraq 15 minə çatdı. Yaşamaq üçün 18 gün davam edən mübarizədən sonra Alp, həyatını bundan sonra diabetik olaraq davam etdirəcək. Uşaq Reanimasiya Mütəxəssisi Dr. Fatih Varol, "Praktikada bu qədər yüksək lipid dəyərlərinə rast gəlmədik. Bu son illər ərzində gördüyümüz ən maraqlı hadisələrdən biri idi. Bu səbəblə Alpın uşağın indiki vəziyyətini paylaşmaq niyyətindəyik" dedi.