sehiyye.info

Tovuz xəstəxanasında qazilərə yardım üçün həkimin tapılmamasına REAKSİYA - YENİLƏNİB + VİDEO

Tovuz xəstəxanasında qazilərə yardım üçün həkimin tapılmamasına REAKSİYA - YENİLƏNİB + VİDEO
Tovuz Rayon Mərkəzi Xəstəxanası (RMX) Vətən müharibəsi qazilərinə tibbi müdaxilə etmək üçün həkimin tapılmaması məsələsinə münasibət bildirib.

Tovuz RMX baş həkimi Mahirə Quliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bazar günü növbətçi həkimin biri reanimasiya şöbəsində, digəri isə təcili yardım şöbəsində olur:

"Həmin vaxt da həkimlər xidmət yerində olublar, onlar xəstəyə lazımi yardım göstəriblər. Həmin gün qaziyə baş çəkmək üçün digər döyüş yoldaşları da xəstəxanaya gəlib. Təəssüf edirik ki, həmin qazilərdən birinin də vəziyyəti anidən pisləşib. Tərəfimizdən ziyarətçi qazimizə də həm stasionar, həm də ambulator yardım olunub. Qazimizin birində dərin psixonevroloji problemlərin olduğu müəyyənləşdirilib".

"Odur ki, Vətən müharibəsi iştirakçımızın 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi tövsiyə olunub. Lakin qazinin atası övladının həmin xəstəxanaya göndərilməsinə icazə verməyib. Hazırda həmin şəxslərin müalicəsi aparılır. Qazinin ixtisaslı xəstəxanaya göndərilməsi tövsiyə olunur", - deyə baş həkim əlavə edib.




REKLAM