sehiyye.info

Millət vəkili onkologiya üzrə Dövlət Proqramının olmamasından ŞİKAYƏTLƏNDİ: "... kompleks problemdir"

Millət vəkili onkologiya üzrə Dövlət Proqramının olmamasından ŞİKAYƏTLƏNDİ: "... kompleks problemdir"
“Azərbaycanda onkologiya üzrə Dövlət Proqramının qəbul olunmasının vaxtı çatıb”. Bu açıqlama ilə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin iclasında çıxış edib. Millət vəkili bildirib ki, bir çox ölkələr, o cümlədən inkişaf etmiş ölkələrdə onkologiya üzrə Dövlət Proqramı qəbul olunub: “Onkoloji xəstələrin müalicəsi kompleks problemdir, ona görə bu proqramda problemlər öz əksini tapmalıdır”.


Millət vəkili onkologiya üzrə Dövlət Proqramının olmamasından ŞİKAYƏTLƏNDİ: "... kompleks problemdir"
Əhliman Əmiraslanov

Saxta.info millət vəkilinin başqa ölkələrdə onkologiya üzrə Dövlət Proqramının qəbulu ilə bağlı açıqlamasının doğru olub-olmadığını yoxlayıb.

Öncə qeyd edək ki, dünyada xərçəng xəstəliyinə qarşı mübarizə tədbirləri hər il genişləndirilir. Bunun səbəbi xəstəliyə tutulan insanların sayının artmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) məlumatlarına görə, 2020-ci ildə dünyada 19,3 milyon insan xərçəng xəstəliyinə tutulub, onlardan 10 milyonu həyatını itirib. Təşkilatın hesablamalarına görə, dünyada hər 5 nəfərdən biri xərçəng xəstəliyinə tutulur, hər 8 kişidən və 11 qadından biri məhz onkoloji xəstəliklərdən dünyasını dəyişir.

IARC-ın proqnozlarına görə, 2040-cı ildə dünyada xərçəng xəstəliyinə 28,4 milyon yeni yoluxma halı qeydə alınacaq. Bu da 2020-ci ildə qoyulan xərçəng diaqnozundan 47% çoxdur.



ABŞ-da xərçəng xəstəliyi ilə kompleks mübarizə tədbirləri uzun illərdir davam etdirilir. Belə ki, ABŞ Milli Xərçəng İnstitutu (NCI) 1937-ci ildə təsis edilib. İnstitut Federal hökumətin onkologiya sahəsində tədqiqat və mütəxəssis hazırlanmasına cavabdeh qurumlardan biridir. ABŞ-da xərçənglə mübarizə Milli Proqramı isə 1971-ci ildə qəbul olunub. Proqram ABŞ Milli Xərçəng İnstitutu tərəfindən koordinasiya edilir.

Türkiyədə də artıq 10 ildən çoxdur ki, bu istiqamətdə işlər icra olunur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının tösiyyəsi ilə Türkiyədə 2008-ci ildən bəri Xərçəng Nəzarət Milli Proqramı həyata keçirilir. Proqrama xərçəng xəstələrinin qeydiyyatı, proflaktiki tədbirlər, müayinə və müalicə prosedurlarının tədbiqi daxildir. Bundan başqa Türkiyədə 244 xərçəng müayinə mərkəzi fəaliyyət göstərir. Həmçinin 39 ədəd mobil xərçəng müayinə mərkəzi ölkə boyunca fəaliyyətdədir.
Millət vəkili onkologiya üzrə Dövlət Proqramının olmamasından ŞİKAYƏTLƏNDİ: "... kompleks problemdir"
2017-ci ilin noyabr ayında Rusiyada xərçəng xəstəlikləri ilə mübarizə üzrə Milli Strategiya təsdiq edilib. 2030-cu ilədək nəzərdə tutulan strategiya xərçəngdən ümumi ölüm səviyyəsini azalatmağı qarşıya hədəf qoyub. 2018-ci ilin oktyabr ayında isə Rusiyada onkoloji xəstəliklərlə mübarizə layihəsinin də daxil edildiyi Milli Səhiyyə Layihəsinə start verilib. Layihəyə əsasən 2024-cü ilədək Rusiyada 420 ambulator onkoloji yardım mərkəzi təşkil olunmalı, regionlarda ən azı 160 onkoloji dispanser və xəstəxana yenidən təchiz edilməlidir. Həmçinin 18 referans mərkəzinin qurulması planlaşdırılıb.



Bu günlərdə Estoniya parlamenti də 2021-2030-cu illəri əhatə edən xərçəngə qarşı mübarizə Milli Proqramını qəbul edib. Estoniya parlamentinin sosial məsələlər komitəsindən verilən məlumata görə, 2018-ci ildə ölkədə 8783 nəfərdə xərçəng xəstəliyi aşkarlanıb. 2030-cu ilə qədər bu rəqəmin 11 minə çatacağı proqnozlaşdırılır. Proqramın qəbulu bu prosesi önləmək məqsədi daşıyır. Komitədən bildiriblər ki, proqramın tətbiqi xərçəng xəstəliyinin erkən diaqnostikası işini daha yaxşı təşkil etməyə imkan verəcək.

2021-ci ilin fevral ayında Avropa Komissiyası da birlik ölkələrinin xərçənglə mübarizə planını açıqlayıb. Qurumun prezidenti Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, 2020-ci ildə 1,3 milyon avropalı onkoloji xəstəliklərdən dünyasını dəyişib. Bu səbəbdən də xərçəngə nəzarət proqramının təqdim edildiyini deyən komissiya prezidenti bildirib ki, proqram xəstəliklə mübarizənin bütün aspektlərini - profilaktiki tədbirlərdən tutmuş onkoloji xəstələrin həyat keyfiyyətinə qədər olan detalları əhatə edəcək.
Millət vəkili onkologiya üzrə Dövlət Proqramının olmamasından ŞİKAYƏTLƏNDİ: "... kompleks problemdir"

Plan dörd əsas istiqaməti əhatə edir: profilaktiki tədbirlər, xəstəliyi erkən aşkarlama, diaqnoz və müalicə. Plan həmçinin insanların rifahı ilə bağlı olan məşğulluq, təhsil, sosial siyasət, ətraf mühitin qorunması, iqlim dəyişikliyi, nəqliyyat kimi sahələrlə bağlı layihələrin həyata keçirilməsini nəzərdə tutur. Avropa Komissiyası planın həyata keçirilməsi üçün sərəncamında olan bütün maliyyə imkanlarlından istifadə etməyi planlaşdırır. Yeri gəlmişkən, EU4Health, Horizon Europe və Digital Europe prpqramları vasitəsilə xərçənglə mübarizə tədbirlərinə birbaşa olaraq 4 milyard avro ayrılır.

Yeri gəlmişkən, Avropa Komissiyasının məlumatına görə, onkoloji xəstəliklərin birlik ölkələrinə vurduğu zərər 100 milyard avrodan çoxdur.
Millət vəkili onkologiya üzrə Dövlət Proqramının olmamasından ŞİKAYƏTLƏNDİ: "... kompleks problemdir"
Gürcüstan da Avropa Birliyi ölkələrinin xərçənglə mübarizə planına qoşulmaq niyyətini açıqlayıb. Bu barədə ölkə prezidenti Salome Zurabişvili məlumat verib. Onun sözlərinə görə, son illərdə bu ölkədə onkoloji xəstələrə göstərilən xidmətin təqribən 80 fazini Gürcüstan hökuməti maliyyələşdirib. Bundan başqa xəstəliyin diaqnozu ilə bağlı irəliləyiş əldə edilib. Ölkədə tətbiq edilən xərçəngin müalicəsi proqramı şərçivəsində onkoloji xəstələrə adambaşı 23 min lari, 7 min dollar ayrılması planlaşdlırılır.

Saxta.info bu qənaətə gəlib ki, Əhliman Əmiraslanovun bir çox ölkələrdə onkologiya üzrə Dövlət Proqramının qəbul olunmasına dair açıqlaması reallığı əks etdirir.



REKLAM