Azərbaycanda koronavirus xəstəsinə ƏN AĞIR cəza verildi

Abşeronda ötən il dekabrın 22-də koronavirus xəstəsi olduğu halda ictimaiyyət arasına çxıan şəxs azadlıqdan məhrum edilib.
Sehiyye.info xəbər verir ki, məlumata görə, bu faktı Abşeron rayon Məhkəməsinin hakimi Habil Əhmədov da saytımıza təsdiqləyib. O bildirib ki, T.Əkbər oğlu barəsində 3 il azadlıqdan məhrumetmə cəzası verilib:
“Koronavirus xəstəsi olduğunu bilə-bilə ictimaiyyət arasına çıxan vətəndaş T.Əkbər oğlu xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarını pozub. Onun barəsində hakim Sevinc Quliyevanın hökmü ilə 3 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. O, bundan sonra probasiya qolbağı ilə 3 il ərzində Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 7:00-dək yaşayış yerini tərk etməməlidir. Cinayət Məcəlləsində 139-1-ci maddədə hələ bundan da sərt cəzalar nəzərdə tutulur. Cərimələmək çox insan üçün nümunəvi olmadı. Buna görə də, Sevinc xanımın verdiyi qərar doğru qərardır”.//lent