sehiyye.info

İki xəstəxanada kobud pozuntular aşkarlandı, cinayət işi açıldı - RƏSMİ

İki xəstəxanada kobud pozuntular aşkarlandı, cinayət işi açıldı - RƏSMİ
“Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən edilməsi ilə əlaqədar toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə məlumatlar yayılıb”.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bununla əlaqədar bildirilib ki, Xaçmaz RMX-da AQTA tərəfindən aparılmış yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, həmin qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozunutuları aşkar edilib:

“Baş Prokurorluq tərəfindən toplanmış materialların öyrənilməsi nəticəsində fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Xaçmaz rayon prokurorluğuna göndərilib.

Bundan başqa, AQTA tərəfindən Siyəzən Müalicə Diaqnostika Mərkəzində yoxlamalar aparılarkən eyni qəbildən olan qanun pozuntularının aşkar edilməsi faktı ilə bağlı Siyəzən rayon prokurorluğunda hazırda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.//oxu.az



REKLAM