sehiyye.info

Rusiyada səhiyyə naziri itkin düşdü - Şok

Rusiyada səhiyyə naziri itkin düşdü - Şok
Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski meşədə itkin düşüb.

Sehiyye.info Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 49 yaşlı nazirin mayın 7-də ova getdiyi bildirilir.

Polisin məlumatına görə, Aleksandr Muraxovski Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb.

Mayın 8-dən nazirin axtarışına başlanılıb. Axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər cəlb olunub.

Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olduğundan çətinləşib.//teleqraf



REKLAM