Çində yeməyini sona qədər yeməyənlər cərimələnəcək
Çində ərzaq israfına qarşı mübarizə üçün qanun qəbul edilib. Belə ki, ictimai iaşə obyektlərinin müştəriləri boşqablarında yeyilməyən yeməklərə görə cərimələnəcək.
Bu barədə “Sinxua” xəbər yayıb.
Cərimənin miqdarı və hansı şəraitdə veriləcəyi hələ açıqlanmayıb.
Qanun Çinin saxlama, daşınma və emal mərhələlərində hər il təxminən 35 milyard kiloqram taxıl itirməsi və şəhərlərdə hər gün 50 ton qida tullantıları istehsal etməsi səbəbindən qəbul edilib.
Bildirilir ki, bir neçə aylıq tullantı ilə bütün Çini doyurmaq olar.//oxu.az