sehiyye.info

Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı
Sosial şəbəkələrdə və KİV-də "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.

Bununla bağlı "Yeni klinika"dan bildirilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya şöbəsinə mobil telefonla giriş qadağandır.

"Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib", - deyə "Yeni Klinika"dan bildirilib.//report



REKLAM