sehiyye.info

Azərbaycanda donorluq: mənim qanım satılırmı?

Azərbaycanda donorluq: mənim qanım satılırmı?
Azərbaycanda şəxslərin müraciət olmadan könüllü qan donorluğu ənənəsi demək olar ki, yoxdur, qan donorluğu ilə məşğul olanlar belə düşünürlər.

Sehiyye.info xəbər verir ki,BBC News Azərbaycancaya müsahibələrində onlar bunun səbəblərindən biri kimi əhalinin verdiyi qanın ehtiyacı olan xəstəyə pulsuz çatmayacağı, bu qanın satılacağı ilə bağlı "narahatlıqları" qeyd ediblər.

"Qəhrəman" Qan Donorları Xeyriyyə İctimai Birliyinin sədri Emil Vəliyev hesab edir ki, qan satışının qarşısını almağın yeganə yolu "lazım gələndən daha artıq qan təchizatıdır".

Mərkəzi Qan Bankı dövlət xəstəxanalarında xəstənin qanla ödənişli əsaslarla təmin olunmasına icazə verilmədiyini deyir.



REKLAM