Ürəyin ən böyük 4 düşməni - Türk professor açıqladı
Hər il 200 min insan Türkiyədə təkcə ürək tutmasından həyatını itirir. Dünyada hər 2 dəqiqədən bir 3 insan infarkt olur.
Sehiyye.info xəbər verir ki, məşhur türk kardioloq professor Engin Bozkurt ürək krizinin aşkar əlamətlərini sadalayıb: ürək bulanma, mədədə ağrı, qusma, ani soyuq tər basması, baş gicəllənmə, sıxıntı, tez yorulma, təngnəfəslik, ürək ritminin azalması və ya əksinə artması. Bəzi insanlar isə infarktı tamam əlamətsiz, gizli və səssiz keçirir.
Professor ürəyin 4 düşmənini də açıqlayıb: stress, artıq çəki, duz və siqaret.
Bunlar ürəyin ən böyük düşmənləridir.
Ürəyi sağlam tutmaq üçün birinci arıqlamalı, çox gəzməli və stresi azaltmalısız.
Şəkər, ürək-damar xəstəliyi, yüksək təzyiqi olanlar koronavirusa da tez yoluxur və kəskin keçirir. Bu xəstələr koronavirusdan sağaldıqdan sonra dərhal ürək damarlarını yoxlatmalı və kardioloqun nəzarəti altında olmalıdırlar. /medicina.az