sehiyye.info

Mükəmməl süni ürək hazırlandı: SATIŞINA İCAZƏ VERİLİB

Mükəmməl süni ürək hazırlandı: SATIŞINA İCAZƏ VERİLİB
Fransanın “Carmat” şirkəti tərəfindən süni ürək hazırlanıb.

Sehiyye.info “ICTnews”a istinadən xəbər verir ki, süni ürək formasına görə insan ürəyinə oxşayır, çəkisi 4 kq-dır.

Hər 4 saatdan bir enerji ilə doldurulması tələb olunan iki akkumulyator bloku ilə işləyir.

Datçiklər qan təzyiqini müəyyənləşdirir və bunun nəticəsində alqoritm real vaxt rejimində qan axınına nəzarət edir.


“Carmat” şirkətinin baş direktoru Stefan Piat deyib ki, süni ürək insan ürəyi kimi işləyir, pasiyent hərəkət etdikdə qan axını artır, əksinə, pasiyent istirahət etdikdə qan axını sabit olur və azalır.

Xəstənin qanı ilə təmasda olan detallar yan təsirlərlə bağlı riski azaltmaq üçün insan bədəninə uyğun materialdan hazırlanıb. Cərrahi implantasiyadan sonra qurğu heç bir baxım tələb etmir.

Hazırda süni ürək üzərində keçirilən sınaqda 19 pasiyent iştirak edir.

Qeyd edək ki, şirkət öz süni ürəyinin Avropa Birliyində satışına icazə alıb. “Carmat” şirkəti iyunun sonunadək Almaniyada süni ürəyinin satışına başlamağa ümid edir.

2021-ci ilin sonunadək 20 belə qurğunun istehsalı planlaşdırılır.//lent.az



REKLAM