sehiyye.info

Məşhur həkim ATU-nun Tədris Terapevtik klinikasından getdi

Məşhur həkim ATU-nun Tədris Terapevtik klinikasından getdi
Sehiyye.info bildirir ki,Faktinfo.az-ın əldə etdiyi məlumata görə,ATU-nun Tədris Terapevtik Klinikası ilə bağlı olan qeyrimüəyənlik son aylarda nüfuzlu və peşəkar həkimlərin oranı tərk etməsi ilə də nəticələnir. Belə ki,Klinikanın Ürək-Damar Mərkəzində Kardioloq-Aritmoloq həkim Fərid Əliyev nəinki özü,onunla birlikdə çalışan həkim korpusu ilə birgə ATU-nun Tədris Terapevtik Klinikasını tərk edib,Bakı Sağlamlıq Mərkəzində çalışmağa üstünlük verib.Bütün bunlar isə uzun müddətdir klinikada sağlam mühitin olmamasından,hardasa narazılıqların varlığından xəbər verir.

Eləcə də,ATU-nun sözü gedən klinikasına yeni təyin olunan baş həkim və direktorla bağlı təyinatlar da kollektivdə təəccüb doğurur.Belə ki,baş həkim və direktorun elmi dərəcələri olmadan Tədris Terapevtik Klinikasına rəhbər vəzifələrə təyin olunması,indiyə qədər orada baş verməyən istisna hal kimi danışılır.O da qeyd olunur ki,söz-söhbətin "böyüməməsi" üçün baş həkimi sonradan ATU-nun kafedralarından birinə assent vəzifəsinə işə götürüblər.

Bundan başqa, verilən məlumatlara görə, qiymətlərin baha olması xəstələrin başqa klinikalara getməsinə səbəb olur.Klinikanın aparıcı həkimləri isə əməliyyatları başqa özəl klinikalarda həyata keçirirlər.Belə getsə, Tədris Cərrahiyyə Klinikasında yaxşı həkim qalmayacaq.



REKLAM