Neyroborrelio nədir?
Neyroborreıioz ocaqlı transmassiv infeksion xəstəlikdir.Xəstəliyin əmələ gəlməsinə iksod gənələri səbəb olur.Xəstəlik gənə sancmasından sonra revmatoid artrit xəstəliyinə tutulmuş uşaqların müayinəsi zamanı aşkara çıxm;şdır.
Xəstəliyin törədiciləri Borelia spiroxetidir.Bu törədici xəstəni gənənin sancması zamanı orqanizmə düşür və xəstəliyi törədir.Bu zaman orqanizmdə bir çox üzv və sistemlərdə zədələnmələr baş verir.Belə ki,xəstələrin ürək-damar sistemində,parenximatoz üzvlərində,dayaq-hərəkət sistemində zədələnmələr müşahidə edilir.
Xəstəliyin gedişində aşağıdakılar meydana çıxır:
- sinir sisteminin zədələnməsi
- astenik sidrom
- neyropsixoloji reaksiyaların ləngiməsi
- yaddaşın zəifləməsi
Xəstəliyin gedişi meningit əlamətləri meydana çıxmağa başlayır.Bu zaman xəstələrdə ürəkbulanma,qusma,baş ağrıları,şüur pozulmaları,mialgiyalar baş verir.Kəllə sinirlərinin nevropatiyası zamanı isə xəstələrdə üz sinirlərinin zədələnmələri müşahidə edilir.Xəstəlik başladıqdan qısa bir müddət sonra isə xəstələrdə müxtəlif oynaqların artritləri baş verir.Bu mərhələdə epileptik sindrom inkişaf edir.
Xəstəliyə diaqnozun qoyulmasında seroloji müayinənin nəticələri əsas götürülür.
Müalicə zamanı levomisetin,penisillin,tetrasiklin,eritromitsin,ampissillin kimi antibiotiklərdən istifadə edilir.İmmun proseslərini normaya salmaq məqsədilə prodigiozan və levamizol preparatlarından istifadə edilir.//milli.az