Yuxunu yaxşılaşdırmağın beş EFFEKTLİ ÜSULU
Yuxunun keyfiyyətini artırmaq üçün alimlər bir neçə dəyərli məsləhətlər veriblər.
Sehiyye.info xəbər verir ki, müvafiq məqalə "Sleep Health" jurnalında dərc olunub.
İlk növbədə yuxunun sürəyinə diqqət yetirmək lazımdır.
“Əgər insan sutkada beş saatdan az yatırsa, bu, ürək-damar sisteminə, beyində qan dövranına mənfi təsir edəcək”, - mütəxəssislər qeyd ediblər.
Doyunca yatmamaq psixi xəstəliklərə səbəb ola bilər. Ancaq gərəyindən artıq yatmaq da orqanizmin ümumi vəziyyətinə mənfi təsir edə bilər, çünki əzginlik hissi yarada bilər.
Yuxudan öncə spirtli içki qəbul etmək barədə mif də darmadağın edilib. Alkoqollu içkidən sonra adam tez yuxulaya bilər, amma yuxunun keyfiyyəti olmayacaq, çünki spirtli içkinin sidikqovucu təsiri var.
Yatmazdan əvvəl ilıq süd və ya ot dəmləməsi daha yaxşı təsir göstərir. Həmçinin yuxudan əvvəl televizora baxmaq da pisdir: ekrandan gələn mavi işıq melatoninin yaranmasını əngəlləyir.
Yuxunun keyfiyyətini artırmağın yaxşı yollarından biri də yuxudan üç saat əvvəl yeməkdən imtina etmək, otağı havalandırmaqdır. Yataq dəstinin təbii materialdan olması da şərtdir.//publika