sehiyye.info

Alimlər məsləhət görür: həşərat yeyin, xeyirlidir

Alimlər məsləhət görür: həşərat yeyin, xeyirlidir
Daha çox şərq ölkələrində normal qəbul olunan həşəratları qida kimi qəbul etmək ənənəsi hələ də Avropa və postsovet ölkələrində çoxunun ikrahla yanaşdığı məsələdir. Amma həşəratdan iyrənmək heç də onun faydalı qidalandırıcı əhəmiyyətini azaltmır.

Sehie.info medicina.az-a istinadən bildirir ki, Ratgers Universitetinin yeni araşdırmasına görə, həşərat və cücülər insan əcdadının ilk qidasından biri olub. 100 min illər keçməsinə baxmayaqraq müasir insanlar da istəydiyi qədər həşərat yeyə bilər. Molecular Biology jurnalında dərc olunmuş materialda deyilir:

" Uzun illər hesab olunurdu ki, həşəratların ekzoskeletləri çətin həzm olunur, amma bu belə deyil. Sübut olunub ki, müasir canlıların hələ də işlək CHİA geni var ki, bununla həşərat skeletini həll etməyə gərək olan mədə fermenti ifraz olunur.
Düzdür hazırda CHİA geninin bir surəti mövcuddur, amma Şərqi Asiyanın adalarında daha çox həşəratla qidalanan əhalinin genində 5 belə gen surəti aşkar olunub".

İnsanın mədə və mədəaltı vəzisi fermentinin həşəratların üzərində olan bərk qılafı necə həzm etməsi məsələsi hələ də mübahisə doğurur. Lakin bu araşdırmalar Avropa ölkələrində aparılıb, bəs gecə-gündüz həşərat yeyən ŞƏrq ölkələrinin insanları həşəratları necə həzm edir?

" Əgər insanın xüsusi həzm fermenti olmasa da, həşəratlar uyğun qaydada bişirilsə onun həzmində heç bir problem olmayacaq. Axı insan həşəratı çiy yemir. Axı quruda olan həşərartlarla dəniz məhsullarının çoxusunun növü eynidir. Bəs niyə omar və krevetka, xərçəng ləzzətlə yeyilib, delikates sayılır, digər həşərat növləri yox?".

Gələcəkdə yeməli həşəratların qida üçün perspektivləri mövzusunda keçirilən məruzələrdə 2050-ci ildə çoxalan yer kürəsi əhalisinin qida tələbatını ödəmək üçün 1900 növ yeməli həşərat istehsalı və satışı sahəsi inkişaf etməlidir. Həşəratlar insan orqanizmi üçün tələb olunan zülal mənbəyidir. Dünyada 2 milyard insanın qida rasionunda olan həşəratlar getdikcə daha çox insanı əhatə edəcək. Yeməyə yararlı həşəratlar sağlam yağ, zülal, karbohidrat, vitamin və mineral mənbəyidir və insan orqnanizmi üçün heç bir zərəri yoxdur.



REKLAM