sehiyye.info

Cinsini gizli dəyişdirən əsgərin meyiti tapıldı

Cinsini gizli dəyişdirən əsgərin meyiti tapıldı
Gizli cinsiyyət dəyişdirildikdən sonra əsgərlikdən azad edilən ilk transgender cənubi koreyalı əsgər ölü tapılıb.

Sehiyye.infonun xarici mediaya istinadla verdiyi xəbərə görə, 23 yaşlı Byen Hvi Sunun meyiti Çjondju şəhərindəki evində aşkarlanıb. Onun ölüm səbəbi açıqlanmır.

Byen Hvi Sun kişi kimi orduya qatılıb və çavuş rütbəsinə yüksəlib. Cinsi şəxsiyyət problemlərindən qaynaqlanan depressiyadan əziyyət çəkirdi və Taylandda tətildə olarkən cinsiyyətini gizli şəkildə dəyişdirmişdi.

Əməliyyatdan sonra Byen Hvi digər qadın əsgərlərlə xidmətini davam etdirməyi nəzərdə tutsa da, lakin onu ordudan uzaqlaşdırıblar. //lent.az



REKLAM